RU

Güneyli siyasi məhbus aclıq aksiyası keçirir

13 il azadlıqdan məhrum edilən və hazırda Urmiya zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyası keçirir.

XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.

Məlumata görə, azərbaycanlı məhbus yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

Bildirilib ki, 5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.

Onun aclıq aksiyası keçirdiyi üçün sağlamlıq durumunun kritik olduğu və bundan əlavə, həbsxana rəhbərliyinin təzyiqi altında olduğu bildirilir.



Xəbər 5 dəfə oxunub.
Избранный
4
xezernews.az

1Источники