RU

Kreml Rusiya-ABŞ prezidentlərinin görüşü ilə bağlı məlumat yayıb

Kreml Rusiya-ABŞ görüşü ilə bağlı yeni açıqlama verib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb. O qeyd edib ki, Rusiya liderlər səviyyəsində təmaslara hazırdır.

 

“Hələlik biz amerikalılardan heç bir siqnal almamışıq”, deyə Peskov bildirib. Kremlin sözçüsü fikirlərini bu cür davam etdirib: “Ona görə də biz öz cədvəlimizə uyğun işləyirik. Lakin hazırlığımız qaydasındadır. Görünür, Amerika üçün müəyyən vaxt tələb olunur”.

 

Xatırladaq ki, Trampın müharibəni "bitirmə" mövqeyi, xüsusən 2024-cü ilin seçkilərinə yaxın dövrdə, təkrar gündəmə gəlib. O, müharibənin başında olduğu kimi, sülh danışıqları və diplomatik həll yolu ilə münaqişənin sonlandırılması çağırışlarını etmişdi.

 

Bu çərçivədə, Trampın müharibəni bitirməsi üçün münaqişə tərəfləri ilə birbaşa əlaqə yaratmağa çalışacağı gözlənilir. Eyn zamanda onun  diplomatik təzyiqləri artıraraq müharibəni bitirmə cəhdini mövcud vəziyyəti "sülhə yaxınlaşma" kimi qiymətləndirmək olar.

 

Günay 
 

Избранный
16
50
sfera.az

10Источники