RU

Qriqoryan Fransa rəsmisi ilə regionu müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Direktorluğunun rəhbəri Bris Roquefeuil ilə görüşüb.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Ofisi məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistan və Fransa arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə toxunulub və çoxsahəli əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, həmsöhbətlər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
12
11
missiya.az

10Источники