RU

Polşada mədəndə yeraltı təkan baş verib, ən azı altı nəfər xəsarət alıb

Polşanın cənubunda yerləşən Radlindəki daş kömür mədənində yerin 800 metr dərinliyində güclü yeraltı təkan baş verib.

Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

"Dövlət Mədən İdarəsinin dispetçerinin təsdiqlədiyi ilkin məlumata görə, ən azı 6 nəfər xəsarət alıb. Xilasetmə əməliyyatı davam edir", - məlumatda qeyd olunub.

Fövqəladə hadisə zonasında 29 nəfərin olduğu bildirilir.
 
 
 

Избранный
15
50
7news.az

10Источники