İtaliyanın "İnter" klubu A Seriyasının 22-ci turu çərçivəsində səfərdə "Leççe"ni məğlub edib.
Fanat.Az xəbər verir ki, 4:0 hesabı ilə "neradzurri"nin xeyrinə başa çatan matç milanlıların baş məşqçisi Simone İnzaqi üçün əlamətdar olub.
"Opta"-nın hesablamasına görə, bu, İnzaqinin A Seriyasında qazandığı 200-cü qələbə olub. 48 yaşlı mütəxəssis buna 332 matçında nail olub.
Beləliklə, İnzaqi A Seriyasının tarixində 200 qələbə həddinə hamıdan tez çatan mütəxəssis olub. Bundan əvvəl rekord Massimiliano Alleqriyə məxsus olub. O, 200 qələbə həddinə 338-ci matçda çatıb.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 21 oyunda 15 qələbə qazanan "İnter" A Seriyasının turnir cədvəlində 2-ci yerdədir. "Neradzurri" bir oyun çox keçirən "Napoli"dən 3 xal geri qalır.
Mirağa