RU

Kaya Kallas: Aİ Suriyadakı vəziyyətlə bağlı həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq edir

Avropa İttifaqı (Aİ) Suriyada baş verənləri izləmək üçün həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının bu gün keçirilən iclasından əvvəl mətbuata açıqlamasında deyib.

O, Aİ-nin Suriyada baş verənləri izləmək üçün həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq etdiyini bildirib:

"Biz Dəməşqdə səfirlik, Avropa İttifaqı Nümayəndəliyini açmağa hazırıq. Suriyanın gələcəyi kövrəkdir, lakin ümidvericidir. Biz doğru addımların atılmasına şərait yaratmalı və həmin addımları görməliyik. Hazırda onlar düzgün işlər də görürlər. Buna davam etsələr, biz də addım atmağa hazırıq".

Ali nümayəndə bugünkü iclasda Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi üçün yol xəritəsi hazırlamaq barədə qərar qəbul edə biləcəklərini də vurğulayıb:

"Əvvəlcə ölkənin yenidən qurulması üçün ən çox ehtiyac duyulan sahə üzrə sanksiyaları aradan qaldırmalıyıq".

Избранный
11
43
report.az

10Источники