“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
İnklüziv cəmiyyətin inkişafına dəstəyinin
davamı olaraq, "Nar” "Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə
məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə
təlimlərini uğurla tamamlayıb. Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında
olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.
Layihə çərçivəsində iştirakçılar
yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını
üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb. Təlimlər zamanı onlara modelyer-dizayner
peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır
məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib. Praktiki biliklərlə
yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar
fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.
Sosial məsuliyyəti əsas fəaliyyət
istiqamətlərindən biri kimi qəbul edən "Nar” inklüzivlik, təhsil və regional
inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki
imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər
bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd
qoyur.
Hazırda 2,2 milyon abunəçiyə
yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı
İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük
strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir www.anews.az