RU

BMU tələbələrinin hazırladıqları “Zəngəzur” pilotsuz uçuş aparatının yeni görüntüləri VİDEO

Xırdalan, 27 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) daha da təkmilləşdirilməsi üzərində çalışmalar davam etdirilir.

BMU-dan AZƏRTAC-a bildirilib ki, PUA-nın növbəti festivallarda və beynəlxalq sərgilərdə nümayiş olunması planlaşdırılır.

Qeyd edək ki, “Zəngəzur” Pilotsuz Uçuş Aparatı yüksək texniki parametrlərə, eyni zamanda, radioekoloji monitorinq imkanlarına malikdir. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır. PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq, öz çəkisi isə 18 kq-dır.

“Zəngəzur” Pilotsuz Uçuş Aparatı ötən ilin sentyabrında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunub və beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülüb.

Избранный
6
5
azertag.az

10Источники