RU

Aİ Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib.

APA xəbər verir ki, müvafiq sənəddə insan və vətəndaş hüquq və azadlıqlarının Aİ üçün prioritet olduğu qeyd edilib.

O da bildirilib ki, Gürcüstandan olan diplomatlar və rəsmi şəxslərə digər vətəndaşlarla eyni viza müraciəti proseduru tətbiq ediləcək.

Qərar ölkənin Aİ-yə üzvlüyü üzrə danışıqların 2028-ci ilədək dayandırılması, eləcə də hakimiyyətin dinc etirazçılar, siyasətçilər və müstəqil kütləvi informasiya vasitələrinə təzyiqləri ilə əsaslandırılıb.

Sənəddə göstərilib ki, onun təsir dairəsi Aİ ölkələrində keçiriləcək tədbirlərdə iştirak edəcək dövlət rəsmiləri, Parlamentin üzvləri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayənləri daxildir.

Eyni zamanda qərar Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin üzvlərinə də şamil edilir.

Избранный
22
6
azpolitika.info

10Источники