RU

HƏMAS-ın girovları azad etdiyi anlar İsraili “şoka” salıb - VİDEO

Yanvarın 19-da İsrail və HƏMAS arasında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində ikinci məhbus mübadiləs həyata keçirilib. HƏMAS 4 İsrail hərbçisini, İsrail isə 200 fələstinli əsiri azad edib.

Qəzza zolağında 15 aydır gözlənilən atəşkəsin elan edilməsi və İsrail əsgərlərinin geri çəkilməsi ilə HƏMAS minlərlə üzvü ilə birlikdə küçələrə axışıb. ABŞ mənbələri İsrail ordusunun heç vaxt məhv edə bilmədiyi HƏMAS-ın müharibə başlayandan bəri ən azı 15 min yeni üzv əldə etdiyini bildirib.Mənbələrə görə, eyni müddət ərzində eyni sayda HƏMAS döyüşçüsü həyatını itirib. Atəşkəsdən sonra HƏMAS İsrailin qruplaşmanı məhv edəcəyinə dair vədlərinə baxmayaraq, Qəzza ərazisinin dərinliyinə doğru irəliləyib.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bu gün Qırmızı Xaça təhvil verilən 4 İsrailli qadın əsgərin - Liri Albaq, Karina Ariev, Danielle Qilboa və Naama Levinin görüntülərini paylaşıb. Paylaşımda dörd israillinin Qırmızı Xaç rəsmilərinə təhvil verilməzdən əvvəl maşınla Qəzza şəhərindəki Fələstin Meydanına aparıldığı an yer alıb. Əsirlərin əllərində HƏMAS-ın verdiyi sənədlər və suvenirlər olan nəqliyyat vasitəsi ilə səyahət edərkən gülümsədikləri görülüb. Bu arada qadın əsgərlər HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına ərəbcə təşəkkür ediblər. İsrailli qadın əsgərlər bildiriblər ki, fələstinli gənclər onları İsrailin hava hücumlarından xilas edib.

Избранный
14
28
azpolitika.info

10Источники