Bildirilib ki, İran son 10 ayda ölkələrinə 546 min qeyri-qanuni əfqan immiqrant göndərib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Rezevi Xorasan vilayətinin polis rəisinin müavini Əmirullah Şəmkədri məsələ ilə bağlı məlumat verib.
“Son 10 ayda 586 min əfqan qeyri-qanuni mühacir Doğarun Sərhəd Qapısı vasitəsilə ölkələrinə göndərilib”. İran rəsmisi qeyd edib ki, sərhəddə hasarların və lazımı avadanlıqların artırılması ilə qeyri-qanuni keçidlər keçən illə müqayisədə təxminən yarıya qədər azalıb.
Ötən ilin rəqəmlərinə görə, İranda 2 milyon 788 min qaçqın var ki, onların da 2 milyon 700 mini əfqandır. Qeyri-qanuni mühacirlərin sayının 5 ilə 7 milyon arasında olduğu təxmin edilir.
Aytən Yaşar/ Turkustan.az