RU

Prezident İlham Əliyev alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsihaqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü iltarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, qanunaəsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndəsatışının minimum qiyməti müəyyən ediləcək.

Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasıqadağandır.

Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdəNazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Alkoqollu içkilərin pərakəndə satışına dairminimum qiymətin müəyyən edilməsi qaydası"nı iki ay müddətindətəsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələndigər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışınadair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdənsonra üç ay müddətində müəyyən edib Prezidentə məlumatverməlidir.

Избранный
10
16
az.trend.az

10Источники