Müharibəni dayandırmaq üçün ciddi danışıqlar yaydan əvvəl başlamalıdır, çünki Ukraynanın varlığını təhdid edəcək proseslər başlaya bilər.
Ölkə.Az xəbər verir ki, belə bir qorxunc proqnozla Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov çıxış edib.
Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov belə bir fikri Ukrayna parlamentinin qapalı toplantısında yaranmış vəziyyət barədə danışarkən deyib.
“Əgər yayadək ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər. Hamı bir-birinə baxıb susdu. Görünür, hər şeyi yoluna qoymaq lazımdır”, - bu fikri həmin iclasda iştirak edən deputat "Ukrainskoy pravda"ya söhbəti zamanı deyib.
Mürtəza
Ölkə.Az