RU

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb


Aİ-yə üzv ölkələr Rusiyaya qarşı sanksiyaları yenidən 6 ay uzatmaq barədə qərar qəbul edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial media hesabındakı paylaşımında deyib.

\"Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən 6 ay uzadılması ilə bağlı razılığa gəlib” - deyə Kallas qeyd edib.

Kallas onu da əlavə edib ki, sanksiyaların uzadılması rəsmi Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək.
 
Cəmalə


Избранный
8
50
azxeber.com

10Источники