AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupların çempionatında biabırçı olaylar davam edir.
Bu dəfə hadisələr U-11 Liqasında keçirilən "Səbail" və "Qartallar" arasındakı görüşdə cərəyan edib.
"Səbail"in futbolçusu vurduğu qola sevinərkən rəqib baş məşqçidən təzyiq görüb.
O, azyaşlı uşağa hədə-qorxu gəlib.
Türk məşqçinin ürəyi bununla da soyumayıb.
O, davamında görüşün qadın hakiminin ünvanına nalayiq sözlər səsləndirib.
Yaşananlar sizə təqdim edəcəyimiz videoda açıq-aşkar yer alıb.
XANOĞLAN / SPORTİNFO.AZ