Səbinə Xasayeva seçicilərlə növbəti görüş keçirib -Fotolar
Yanvarın 27-də Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seşiciləri qəbul edib.
aia.az xəbər verir ki, qəbul Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında baş tutub.
Tədbirdə seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib. Həllini tapmayan məsələlər Səbinə Xasayeva tərəfindən qeydə alınıb, onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Deputat Səbinə Xasayeva yanvarın 27-də Qaradağ rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.