“Porto”nun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Portuqaliya klubunu Martin Anselmi çalışdıracaq.
Argentinalı mütəxəssis baş məşqçi postunda Vitor Brunonu əvəzləyib. 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anselmi bunadək Meksikada “Krus Asul”, Ekvadorda “İndependente del Valye” kimi klubları çalışdırıb.
Qeyd edək ki, “Porto” 19 turdan sonra 41 xalla 3-cü yerdə qərarlaşıb.
İspaniya millisi baş məşqçi ilə yeni müqavilə imzalayıb
Belçika millisinin futbolçusu həbs edilib
Dünya nəhəngləri gənc ispaniyalı ilə maraqlanır
"Bayer" "İnter"in müdafiəçisi ilə güclənmək istəyir
"Yuventus"da ayrılıq