Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların yumşaldılması prosesinə başlamaq qərarına gəliblər.
Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Avropa İttifaqının xarici işlər nazirləri indicə Suriyaya qarşı Avropa sanksiyalarının yumşaldılması planları ilə bağlı razılığa gəliblər”, - o bildirib.
Kallas əlavə edib ki, bu istiqamətdə iş dərhal aparılacaq, lakin Brüssel Dəməşqin hərəkətlərini bəyənməsə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər./teleqraf.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта