RU

“Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda?

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.

Bizim.Media xəbər verir ki, Sinan Kaloğlu ilə yollarını ayıran "Kayserispor" rumıniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "NTV Spor" məlumat yayıb.

Super Liqa təmsilçisi hazırda ölkəsinin "Petrolul Ploieşti" klubunu çalışdıran Mutu ilə danışıqlar aparır. Tərəflər anlaşa bilsə, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
5
2
bizim.media

4Источники