Çinli tərtibatçı "DeepSeek"in süni intellekt aləti "ChatGPT"ni keçərək bu gün ABŞ-ın tətbiq mağazalarında ən çox yüklənən proqram oldu.Yanvarın 10-da ABŞ-ın tətbiq mağazalarında buraxılan və "R1" adlı açıq mənbəli əsaslandırma modelini chatbotda birləşdirən proqram ABŞ-da yerləşən "OpenAI" tərəfindən hazırlanmış chatbot "ChatGPT"dən daha çox yüklənib."DeepSeek"in R1 modeli "OpenAI"nin həmkarı "o1" modelindən daha aşağı qiymətə daha yüksək performans göstərdiyinə görə qlobal texnologiya ictimaiyyətində böyük maraqla qarşılanıb."OpenAI"nin o1 inteqrasiya tətbiqi 200 dollara satılarkən, "DeepSeek"in pulsuz paylanması və açıq mənbə kodu süni intellekt sahəsində böyük investisiyalar edən texnologiya şirkətlərinin səhmlərinin NASDAQ Fond Birjasında dəyər itirməsinə səbəb olub."DeepSeek"in chatbot da "Apple"ın Çin mağazasında ən çox yüklənən proqram olub. Ondan sonra "ByteDance"ın “Doubao” və "Moonshot AI"nin “Kimi” adlı süni intellekt köməkçi proqramları gəlib."DeepSeek"in R1 əsaslandırma modeli Kaliforniya Universitetinin tədqiqatçılarının süni intellekt tətbiqlərini performans baxımından sıraladıqları "Chatbot Arena"da "Google"un "Gemini" ailəsindən olan iki modeldən sonra və "OpenAI"nin o1 modelini qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта