RU

Hollandiya ordusunun sayını 25 faiz artırmaq istəyir

Hollandiya ordusunun sayını 25 faiz artırmaq istəyir

Hollandiya ordusunun sayını 100 min nəfərə, yəni təxminən 25 faiz artırmağı planlaşdırır.Bu barədə ölkənin Müdafiə Nazirliyinin dövlət katibi Qeys Tuinman məlumat yayıb.Onun sözlərinə görə, hazırda idarə 74 min nəfərdən ibarət orduda on minlərlə əsgər çatışmazlığını qeydə alır. Daha ətraflı planların yayda açıqlanması gözlənilir.Tuinman qeyd edib ki, nazirlik hərbi xidmətə çağırışı bərpa etmək niyyətində deyil. Məqsəd könüllü insanları cəlb etməkdi. Hər il 4-5 min nəfər Hollandiya ordusunun sıralarına qoşulur və 2029-cu ilə qədər bu rəqəmi 9 minə çatdırmaq istəyirlər.Qeyd edək ki, Hollandiyada 17-35 yaş arası bütün kişilərdən milli təhlükəsizliyə təhlükə yarandığı təqdirdə potensial hərbi xidmətə çağırış üçün qeydiyyatdan keçmələri tələb olunur. Eyni zamanda, ölkədə 1997-ci ildən məcburi hərbi xidmət ləğv edilib.

Избранный
14
afn.az

1Источники