Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün "yol xəritəsi" ilə bağlı razılığa gəliblər.
Senzor.az-ın məlumatına görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra “X” sosial şəbəkəsində yazıb.
“Avropa İttifaqının xarici işlər nazirləri indicə Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün "yol xəritəsi"ni razılaşdırdılar”, - məlumatda vurğulanıb.