RU

ABŞ Senatı Skot Bessenti maliyyə naziri vəzifəsinə təsdiq edib

Bakı. Trend:

ABŞ Senatı Skot Bessentin ölkənin maliyyə naziri vəzifəsinənamizədliyini təsdiqləyib.

Trend xəbər verirki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

62 yaşlı milyarder Skot Bessent hazırda "Key Square Group"investisiya fonduna rəhbərlik edir. 2011–2015-ci illərdə o, SorosFondu İdarəetməsinin baş investisiya direktoru vəzifəsindəçalışıb.

Forbes jurnalının məlumatına görə, ABŞ Prezidenti Donald Trampvə Skot Bessent uzun illərdir dostdurlar. Bessent 2016-cı ildəRespublikaçıların ilkin seçkilərinə 1 milyon dollar ianə edib,həmçinin 2024-cü il seçki kampaniyasında Trampa fəal dəstəkgöstərərək 3 milyon dollar bağışlayıb. O, Trampın mitinqlərindəiştirak edib və onun əsas iqtisadi məsləhətçilərindən biriolub.

ABŞ Senatının Maliyyə Komitəsində keçirilən dinləmələrdə SkotBessent Rusiyaya və onun neft sektoruna qarşı sanksiyalarıngücləndirilməsini müdafiə edib. O bildirib ki, bu tədbirlərRusiyanı Ukrayna üzrə sülh danışıqlarına məcbur edə bilər.

Избранный
50
7
az.trend.az

6Источники