RU

"Peres qələmini qırdı" deyirdilər – Müqaviləni uzadır

“Real Madrid”in ispaniyalı müdafiəçisi Lukas Vaskes klubu ilə müqaviləsini uzadacaq.

Publika.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı futbolçunun yeni müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq.

Cari mövsümdə Lukas Vaskes klub səviyyəsində 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.

Избранный
9
7
publika.az

10Источники