“Şimal axını” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin ABŞ tərəfindən məhv edilməsi Avropa Birliyi (AB) və NATO-nun dağılmasına səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist Taker Karlson deyib.
O bildirib ki, “Şimal axını” Almaniya iqtisadiyyatının inkişafı üçün əsas ola bilərdi, lakin onu sarsıtmaq AB-ni məhv edəcək:
“İnsanlar illüziyalarından ayılanda NATO da dağılacaq, çünki bu, alyansın bir üzvünün müttəfiqə hücumu idi”.