RU

Erməni partiyalarının proqramında TERRORÇULUQ – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə olub. O, 1905-ci il inqilabından sonra çar Rusiyasının erməni daşnaklarını silahlandırmasından, onları azərbaycanlı əhaliyə qarşı yönəltməsindən söhbət açıb.

Tarixçi-alim qeyd edib ki, Qafqazda yaşayan yerli əhalinin sıxışdırılması, müxtəlif təzyiq və təhdidlərə məruz qoyulması, köçürülməsi, hətta öldürülməsi 19-cu əsrdə yaradılan erməni partiyalarının proqramının əsasını təşkil edib. Onun sözlərinə görə, ilk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tutub. O dövrdə çar Rusiyasından hərtərəfli dəstək alan ermənilər Qafqazda dəfələrlə kütləvi qırğınlar törədiblər.

Deputat P.Kərimzadə 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlindəki mürəkkəb zamanda Azərbaycan ziyalılarının xalqımızı qorumaq üçün təşkilatlanmasına da diqqət çəkib. Deyib ki, Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə əvvəlcə gizli təşkilat, daha sonra partiya kimi fəaliyyət göstərən “Difai”nin başlıca məqsədi milli birliyə nail olmaq, xalqı erməni hücumlarından qorumaq idi.

Millət vəkilinin sözlərinə görə, öz fəaliyyəti ilə qısa zamanda çar Rusiyasında böyük təşviş yaradan “Difai” ermənilərlə əlbir şəkildə azərbaycanlıların ölümünə səbəb olan rus məmurlarını cəzalandırmaqdan da çəkinməyib. Qısa zamanda “Difai” öz ətrafında vətənpərvər ziyalıları toplayıb, sıralarını genişləndirib. Gəncədə, Şuşada, Zəngəzurda və Azərbaycanın digər ərazilərində “Difai”nin yerli şöbələri yaradılıb.

Избранный
8
medianews.az

1Источники