RU

Daimi zəifliyin gizli və təhlükəli səbəbi açıqlandı

Daimi zəifliyin gizli və təhlükəli səbəbi

Həkim Şirin Laxani davamlı zəifliyin gizli və təhlükəli səbəbini açıqlayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,  Laxani bildirib ki, düzgün istirahətdən sonra belə keçməyən davamlı zəiflik dəmir çatışmazlığı anemiyasının əlaməti ola bilər. Bu diaqnozu təsdiqləmək və ya təkzib etmək üçün o, mümkün qədər tez həkimə müraciət etməyi və qan testi etməyi tövsiyə etdi. “Anemiya ilə qanda hemoqlobinin səviyyəsi aşağı düşür. Hemoqlobin isə öz növbəsində qanla orqanlara oksigeni daşıyır və bu kifayət etmədikdə, insan daim zəiflik və yorğunluq hiss edəcək”, - deyə terapevt izah edib.

Həkim vurğuladı ki, reproduktiv yaşda olan qadınlar üçün dəmir səviyyəsinin monitorinqi xüsusilə vacibdir. Onun sözlərinə görə, ağır menstruasiya və kontraseptiv həblərin qəbulu ilə orqanizm bu mikroelementi intensiv şəkildə itirir ki, bu da anemiyaya və saç tökülməsinə səbəb olur.

Laxani daimi zəiflik və əzələ ağrılarının digər səbəblərini qalxanabənzər vəzinin nasazlığı və D vitamini çatışmazlığı ilə əlaqələndirib. Bu zaman həkim mütəxəssislə məsləhətləşdikdən sonra D və B12 vitaminlərini qəbul etməyi məsləhət görüb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
13
e-saglam.az

1Источники