RU

Güney Azərbaycanda su qıtlığı miqrasiyaya səbəb olur

Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycan bölgəsində Urmu, Hoy, Salmas, Şot, Maku, Bukan, Piranşəhr və Sərdəşt rayonları da daxil olmaqla 20 rayondan yeddisində su qıtlığı yaşanır. Güney Azərbaycan Televiziyasının (GünAz TV) yayımladığı xəbərdə problemin vilayətin Su və Kanalizasiya İşləri Müdiri Məhəmməd Əşrəfi tərəfindən qaldırıldığı bildirilib.

Hafta.az-ın yazdığına görə, gündəmə gətirilən xəbərlərdə problem yaşanan rayonlarda əhalinin bir hissəsinin içməli su və kənd təsərrüfatına lazım olan suyun olmaması səbəbindən başqa bölgələrə köç etdiyi qeyd edilib. Bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan əldə olunan gəlirin azalması səbəbindən rayonda kəndlərin boşaldılması artıb.

Bundan əlavə, yeraltı su ehtiyatlarının tükənməsi təkcə sosial problem deyil. Bu, bölgədə əlavə ekoloji problemlərə, o cümlədən torpaqların çökməsinə gətirib çıxarır. Salmas və Kəhriz düzənliklərində bu vəziyyət ciddi həddə çatarkən, Urmu, Hoy və Salmas üçün böyük problem yaradır.

Güney Azərbaycanda Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Tədris Mərkəzinin heyətində olan güney azərbaycanlı ekoloq Əhməd Bayburdi Urmiya gölünün qurumasına səbəb olan amillərlə bağlı açıqlama verib.

Güney Azərbaycan mediası xəbərdə ekspert Urmiya gölünün quruması prosesinin 1990-cı illərdə müxtəlif amillər nəticəsində başladığını, gölün qurumasına insan faktorları və iqlim dəyişikliyi səbəb olduğunu bildirib. Ekoloq Bayburdi izah edib ki, bölgədəki üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çoxlu quyuların qazılması, gölü qidalandıran axarların üzərində bəndlərin tikilməsi və gölün ortasında körpünün salınması Urmiya gölünün qurumasına təsir göstərib. Bundan əlavə, Bayburdi göl suyunun buxarlanma sürətinin yüksək olduğuna diqqət çəkib. Bu vəziyyətin səbəbinin gölün ortasından keçən yolun olduğunu bildirən ekoloq, “Buxarlanmanın qarşısını ala bilməsək, Urmiya gölü su axını artsa belə, əvvəlki vəziyyətinə qayıtmayacaq” deyib.

Qeyd edək ki, yanvarın əvvəllərinə olan məlumata əsasən son mövsümdə yağan yağışlara baxmayaraq, göldə suyun həcminin 1 milyard 240 milyon kubmetr, gölün sahəsi isə 930 kvadratkilometrdir.

Избранный
5
hafta.az

1Источники