İsrail İranın dövlət televiziyasının Qəzzadakı müxbirini saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Yayımları Təşkilatının rəhbəri Peyman Cəbali deyib.
“Əldə etdiyimiz məlumata görə, jurnalist sionist rejim tərəfindən əsir götürülərək nəzarətə alınıb. Ailəsi bu məsələnin geniş işıqlandırılmasını istəmədiyi üçün o, hələ də İsrail rejiminin əsiridir. Ümid edirik ki, o, tezliklə azadlığa çıxacaq”, - o bildirib.