İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) BMT-nin "UN Global Compact" təşəbbüsünə qoşulub.
Bu təşəbbüsə qoşulmaqla 4SİM öz fəaliyyəti çərçivəsində Qlobal Sazişin ekoloji, sosial və korporativ idarəetmə istiqamətləri üzrə 10 universal prinsipini həyata keçirməyi öhdəsinə götürür.
Mərkəzin məlumatına görə, “UN Global Compact” təşkilatların idarəetmə, əmək və ətraf mühitə təsir sahələrində korporativ davamlılıq ambisiyalarını birləşdirmək, inkişaf etdirmək və dəstəkləmək üçün fəaliyyət göstərən BMT bölməsidir. “UN Global Compact” 160-dan çox ölkədə bütün sənayeləri təmsil edən 147 milyondan çox əməkdaşın çalışdığı 20 000-ə yaxın üzv təşkilatla dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.