RU

Fələstinlilərin gələcək taleyi necə olacaq? - ABŞ və İsrailin planı üzə çıxdı

ABŞ Prezidenti Donald Tramp fələstinlilərin Qəzzadan digər ərəb ölkələrinə köçürülməsi üçün bir plan hazırlayır.

“AzPolitika” xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

Nazirin sözlərinə görə, bölgədəki fələstinlilərin İordaniya, Misir və digər ərəb ölkələrinə köçürülüməsi təklif olunur.

İsrailin “Ynet” saytının məlumatına görə, Smotriç Baş nazir Benyamin Netanyahunun da belə bir plan üzərində çalışdığını açıqlayıb.

Misir və İordaniyadan gələn reaksiyalara gəlincə, Smotriç Trampın Kolumbiyanın etirazlarına baxmayaraq immiqrantların deportasiyası ilə bağlı mövqeyini misal çəkərək, “O (Tramp-red.) istədiyi zaman bu olar”, -deyə bildirib.

Qeyd edək ki, Tramp özü də əvvəlki çıxışında bu məsələni gündəmə gətirib. O, Misir və İordaniyanın daha çox fələstinli qaçqın qəbul etmələrini və onlar üçün burada evlər tikməyi təklif etmişdi.

“Mən ərəb ölkələri ilə bir araya gəlib fələstinlilərin sülh içində yaşaya biləcəyi başqa bir yerdə ev tikmək istərdim”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, həmin vaxt ərəb ölkələri, xüsusən də Misir və İordaniya Trampın bu fikirlərinə qarşı çıxmışdılar.

“AzPolitika.info”

Избранный
32
azpolitika.info

1Источники