RU

“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - "Guya SOCAR-dakılar bilmir ki..."

“Bahar"“Bahar Enerji” Əməliyyat Şirkəti uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb". "DİA-AZ" xatırladır ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda işçilərin əməkhaqqılarının gecikdirildiyini də vurğulamışdı. Bu barədə NHMT-ə edilən müraciətdə də aydın şəkildə qeyd olunurdu ki, prezidenti Con Harkins, benefisiar sahibi "gizli" olan “Bahar Enerji” Əməliyyat Şirkətində dekabr ayından bəridir ki, əməkhaqqılar verilimir.Bununla bağlı "DİA-AZ" yazan “Bahar Enerji” çalışanları da eyni məsələdən giley etməklə yanaşı, problemin hələ də qaldığını bildirirlər. İşçilər adından edilən müraciətdə deyilir:"İşçilərin maaşlarını vermək fikrləri də yoxdur. Bu ayın 15-də 50 faiz veriblər... bugün 27-dir hələ də puldan xəbər yoxdur. Neçə-neçə işçinin artıq götürdüyü kreditə görə banka gecikməsi yaranıb.Onu da bildirək ki, əslində maaşı hər ay gecikdirirlər, müəyyən bir hissəni verirlər. Maaş da çox azdır. Saata 3 manat... Gecə-gündüz işləməlisən ki, ayın sonu maaş alasan, onu da vermirlər...Biz bununla bağlı təkcə “Bahar Enerji”nin yox, SOCAR-ın da rəhbərliyinə şikayət etmişik. Amma görünür ki, hər şey elə ordan korlana-korlana gəlir... Guya SOCAR-dakılar bilmir ki, burda nə oyunlardan çıxırlar... Çünki SOCAR-da oturanlar da qulaqardına vurur şikayətləri..."Dia.az

Избранный
10
yenisoz.az

1Источники