RU

Fransa baş nazirindən İlon Maska: Pul vicdanları idarə etməməlidir!

Fransada büdcə böhranından sonra hökumətin dağılmasından sonra baş nazir vəzifəsinə təyin olunan Fransua Bayrou qatıldığı televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, büdcə böhranından sağ çıxan Bayrou, "Böhran həll edilməsəydi, bu gün fəlakətli vəziyyətə düşərdik. Büdcə qəbul edildikdən sonra bütün problemləri həll etməyə başladıq" deyib.

İlon Maskın son vaxtlar Avropa siyasətinə birbaşa qarışmasına münasibət bildirən Bayrou deyib: "Mask demokratiya üçün təhlükə yaradır. Pulun vicdanları idarə etmək hüququ olmamalıdır".

Bildirək ki, ötən həftə sonu İlon Mask uzaqdan Almaniyanın ifrat sağçı AfD partiyasının mitinqinə qatılıb və partiyanı dəstəklədiyini açıq şəkildə bəyan edib. Musk həmçinin Böyük Britaniyanın Baş naziri Keir Starmeri birbaşa hədəfə alaraq Starmerin istefa verməli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
9
4
turkustan.az

5Источники