RU

TƏBİB-dən dərmandan zəhərlənib vəfat edən uşaqla bağlı açıqlama

Göyçay Rayon Mərkəzi Xəstəxanasında 3 yaşlı uşaq vəfat edib.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb:

"27 yanvar 2025-ci il tarixində 2022-ci il təvəllüdlü İsmayıllı rayon sakini (kişi cinsli) dərmandan zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və vəziyyətinin ağırlığı nəzərə alınaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq,kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən ölüm faktə qeydə alınıb".


Müəllif: Şəbnəm Zahir
Избранный
8
21
teleqraf.com

10Источники