RU

Aİ səfiri: "Gürcüstan çox dərin siyasi böhran içindədir"

Gürcüstan çox dərin siyasi böhran içindədir, bu acınacaqlı vəziyyətdən çıxmaq gürcülərin üzərinə düşür.

Bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

“Biz Gürcüstanın uğurunu çox istəyirik. Biz Gürcüstana namizəd statusu vermək qərarına gəldik və Gürcüstanın ən qısa zamanda Avropa İttifaqına tamhüquqlu üzv olmasını təmin etmək üçün digər namizəd ölkələrə qoşulacağını gözləyirdik, lakin namizəd statusunu aldıqdan sonra Gürcüstanda bir çox neqativ hallar baş verdi. Əslində, son bir neçə aya nəzər salsaq, vəziyyət pisdən pisə doğru gedir. Mən bunu Avropa İttifaqının səfiri kimi deyirəm. Söhbət Avropaya inteqrasiyadan gedirsə, biz mümkün olan ən aşağı nöqtədəyik. Gürcülər dərinləşən bu siyasi və sosial böhrandan necə çıxacaqlarına özləri qərar verməlidirlər. Bu böhrandan necə çıxmaq gürcülərin öz işidir. Mən dialoqu tövsiyyə edərdim”, - Pavel Herçinski deyib.

Səfir indiki vəziyyətdə hökumətin üzərinə əlavə məsuliyyət düşdüyünü, küçələrdə etiraz aksiyası keçirən insanlarla dialoqa girməli olduğunu qeyd edib.

​​​​​​"Cebheinfo.az"

Избранный
9
49
cebheinfo.az

10Источники