“DeepSeek” ABŞ milyarderlərini milyardlarla zərərə saldı – Siyahı
Süni intellekt sahəsində fəaliyət göstərən Çinin “DeepSeek” şirkəti özünün yeni “DeepSeek-R1” adlı modelini təqdim etdikdən qısa müddət sonra ABŞ-nin məşhur texnologiya şirkətləri böyük zərər ediblər. Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər veir ki, “Meta” şirkətinin sahibi Mark Zukeberq istisna olmaqla texnologiyadan pul qazanan ABŞ-nin əksər milyarderlərinin sərvətində azalma olub. Texnologiya sektorundan pul qazanan 10 ABŞ milyarderinin son bir gün ərzində itkisi aşağıdakı kimi olub: Larri Ellison – 22,6 milyard dollar (“Oracle Corp.”); Censon Huanq – 20,1 ilyard dollar (“Nvidia Corp.”); Maykl Dell – 13 milyard dollar (“Dell”); İlon Mask – 6,7milyard dollar (“Tesla”); Larri Peyc – 6,4 milyard dollar (“Google”); Sergey Brin – 6 milyard dollar (“Google”); Henri Samueli – 2,5 milyard dollar (“Anaheim Ducks”); Stiv Balmer – 3 milyard dollar (“Microsoft”); Robert Pera – 1,6 milyard dollar (“Ubiquiti Networks, Inc.”); Ceymis Qudnayt – 1,4 milyard dollar (SAS).