RU

"ABŞ və İsrail gərək dəli olsunlar ki, nüvə obyektlərimizə hücum etsinlər” - Əraqçı

ABŞ və İsrail gərək dəli olsunlar ki, bizim nüvə obyektlərimizə hücum etsinlər”.

"AzPolitika" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Sky News” telekanalına müsahibəsində deyib.

“Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə hər hansı hücum dərhal və qətiyyətlə cavablandırılacaq. Ancaq onların (ABŞ və İsrail-red.) belə ağılsız addım atacaqlarını düşünmürəm. Bu, bütün bölgəni çox pis bir fəlakətə sürükləyəcək”,-deyə o, qeyd edib. 

Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın uğurlu olacağı barədə açıqlamasına cavab olaraq bildirib ki, “Trampın 2018-ci ildə nüvə sazişindən (JCPOA) çıxmasını nəzərə alaraq, yeni sazişin bağlanması üçün sadəcə sözlər kifayət deyil və indi vəziyyət əvvəlkindən qat-qat çətindir”.

"AzPolitika.info"

Избранный
11
azpolitika.info

1Источники