ABŞ prezidenti Donald Tramp yanvarın 28-də bildirib ki, fələstinlilər başqa yerlərdə yaşasalar daha yaxşı olardı, çünki bu illər ərzində Qəzza zolağında müxtəlif silahlı münaqişələr olub.
"Orada insanlar ölür, ona görə də bəzi ərəb ölkələri ilə əlaqə saxlamağı və dəyişiklik üçün sülh içində yaşaya biləcəklərini düşündüyüm başqa yerdə mənzil tikməyi üstün tuturam", - deyə CNN onun sözlərindən sitat gətirib.
Bundan əlavə, ABŞ prezidenti Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə fələstinli qaçqınların qəbulu ilə bağlı söhbət etdiyini bildirib.