Lənkəranda sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu ərazisində baş verib.
İlkin məlumata görə, 20 nəfər xəsarət alıb.
Yaralıların sayının artacağı istisna edilmir.
Qəzaya uğrayan avtobus Lənkəran-Separadi kəndi arasında işləyən marşrut xətti üzrə hərəkət edirmiş
Müəllif: Teleqraf.com