Moskva, 28 yanvar, AZƏRTAC
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Prezidentin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gəlib.
AZƏRTAC xəbər verir ki, bu, ölkədə hakimiyyət dəyişikliyindən sonra Rusiya rəsmilərinin Suriyaya ilk səfəridir. Xəbər agentliklərinin məlumatına görə, nümayəndə heyəti Suriya hakimiyyəti ilə iki ölkə arasında gələcək əməkdaşlıqla bağlı danışıqlar aparmağı, eləcə də regionda sabitləşmə məsələlərini müzakirə etməyi planlaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva