Bakının Binəqədi rayonunda yerləşən “Vətən” stadionu sökülür.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə hüquqşunas Aslan İsmayılov öz sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında stadionun sökülməsilə bağlı bunları yazıb:
“Hesab edirəm ki, məsələ hamı üçün aydındır. Bəyənmədiyimiz sovetdən qalan bütün stadionları, parkları dədə malı kimi satıb taladılar. Buna görə heç kim cəzalanmadı. Əksinə vəzifələri artdı, orden, medal sahiblərinə çevrildilər. Ona görə də bu proses hələ də davam edir və hansısa sağlam gənclikdən danışmaq gülüncdür”.