RU

Səhmdar Rifat Həsənov: "İnternational" BOKT-un istiqrazlarının satışına aqressiv yanaşmırıq"

"International" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin “Artım” adlı istiqraz məhsulu üzrə 3 milyon manat həcmində yerləşdirmə başa çatıb. Bu barədə FED.az biznes xəbər saytına "International" BOKT-un səhmdarı (100%) Rifat Həsənov məlumat verib.

R.Həsənov bildirib ki, emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” olduğuna görə 5 milyon manatlıq emissiyanın artıq 3 milyon manatı yerləşdirilib. 3 milyon manatlıq istiqrazı “PAŞA Kapital” öz müştərilərinə satıb. Artıq BOKT 5 ildir ki, qiymətli kağızlar bazarının aktiv iştirakçılarındadır və şirkət bu sahədə kifayət qədər tanınır. Məhz buna görə də, bu günki gündə bizim BOKT-un istiqrazılarına maraq vardır.

3 milyon manatlıq istiqraz hansı müddət aralığında yerləşdirilib sualına R.Həsənov belə cavab verib: Ötən ilin oktyabr ayından indiyədək yəni 4 ay ərzində investorlara  3 milyon manatlıq istiqraz satılıb. Fikrimcə, müddət baxımdan normaldır. Ümumiyyətlə, “Artım” adlı istiqraz məhsulunun satışına aqressiv yanaşmırıq. Satışın artırılması ilə bağlı məhsulun reklamına aid işlər həyata keçirilməyib".

R.Həsənovun sözlərinə görə, təkliflər olduğu üçün əlavə emissiyaları gözləyirik və bu il üçün bununla bağlı Mərkəzi Banka mürəciət etmişik:  "Bundan sonra istiqrazların reklamına başlanılması planlaşdırılır. Mərkəzi Bankdan bildiriblər ki, İnternational BOKT-un istiqarazlarına maraq olduğuna görə, bu istiqarazları tanıtımına, reklamına ehtiyac var. İstirazların reklam olunması stabil olaraq hamı üçün maraqlı olması anlamına gəlir. Bu reklam kampaniyası sırf satış məqsədi üçün deyil, yalnız və yalnız BOKT-un imic reklamı kimi dəyrləndirmək olar"   

Qeyd edək ki, "İnternational" Bank Olmayan Kredit Təşkilatı(BOKT) ASC ötən ilin oktyabr ayında müxtəlif tranşlarla nominal dəyəri 1000 AZN, ümumi emissiya həcmi 5,000,000 manat olan “Artım” adlı istiqrazlarını illik 15% kupon dərəcəsi ilə tədavülə buraxıb.

Xatırladaq ki, Azərbaycan maliyyə bazarında 10 ildən çox fəaliyyət göstərən "İnternational BOKT" ASC müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri təklif edir. 2013-cü ildən etibarən bazarın aparıcı BOKT-ları sıralarına qoşulan   "İnternational BOKT" ASC təminatlı və təminatsız kreditlər üzrə ixtisaslaşıb. Hazırda 350-yə yaxın peşəkar əməkdaşı ilə, həmçinin 37 filial vasitəsilə müştərilərə müxtəlif maliyyə xidmətləri göstərən təşkilat bazrın etibarlı maliyyə tərəfdaşlarından biridir.  

BOKT-un təsisçisi 100 faizlik paya mailk olan Rifat Həsənovdur. R.Həsənov eyni zamanda "İnternational BOKT" ASC-nin Müşahidə Şurasının sədridir, qardaşı Nicat Həsənov İdarə Heyətinin sədri, bacısı Leyla Cabbarova isə İdarə Heyətinin üzvüdür.     

 

Избранный
5
fed.az

1Источники