Bakı. Trend:
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onunnəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Trend xəbər verir ki, busözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuşmüşavirədə söyləyib.
“Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyatdəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmiildən-ilə artır”, - deyən dövlətimizin başçısı əlavə edib ki,yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturlayanaşı, digər addımlar da atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıqformatlarının yaradıldığını, ortaq, müştərək müəssisələrinqurulduğunu vurğulayan Prezident qeyd edib: “Bir sözlə, bu günAzərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindənbiridir”.