RU

İsrail Livanda saxlanılan 7 vətəndaşını azad etdi

İsrail ordusu nəzarətə götürdüyü 7 Livan vətəndaşını azad edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun atəşkəs razılaşmasında nəzərdə tutulan müddətdə cənub bölgələrindən geri çəkilməməsinin ardından baş verən hadisələrdə saxlanılanların sərbəst buraxıldığını açıqlayıb.

İsrail ordusunun yanvarın 26-da Livanın cənubundakı Hula və Merkebe bölgələrində saxladığı 6 nəfəri azad etdiyi, dünən nəzarətə alınan Livan vətəndaşının da sərbəst buraxıldığı bildirilib.

Bu arada İsrail ordusunun cənubundakı Vezzani bölgəsində məscid yaxınlığında bombalı hücum təşkil etdiyi bildirilib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Gülay
Избранный
12
azxeber.com

1Источники