Almaniyada yerləşən Commerzbank hesabatında ilin birinci rübü üçün qızıl qiymətləri ilə bağlı proqnozlarını artırıb.
Marja xəbər verir ki, Commerzbank 2025-ci ilin birinci rübünün sonu üçün 1 unsiya qızılın qiyməti üzrə proqnozunu 2600 dollardan 2700 dollara qədər artırıb.
Bank 2025-ci ilin sonu üçün qızıl qiyməti proqnozunu 2 min 650 dollar/unsiya səviyyəsində saxlayıb.
Qiymətdə bu il 6 faizə yaxın artım var
Beynəlxalq bazarlarda qızılın unsiya qiyməti 2 min 743 dollardan satılır. Qızıl qiymətləri ilin əvvəlindən bu yana 5,73 faiz artıb.