RU

Bu məhbuslar xarici ölkələrə GÖNDƏRİLƏCƏK

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının üzvləri üçün Mayamidə keçirilən konfransda iştirak edib. 

News24.az NBC telekanalına istinadən xəbərə verir ki, Tramp buradakı çıxışında qənaət tədbiri olaraq həbsxana məhbuslarını “kiçik ödənişlə” xarici ölkələrə göndərməyi planlaşdırdığını açıqlayıb.

"Əgər onlar bir neçə dəfə həbs ediliblərsə və bir çox cinayətdə iştirak ediblərsə, mən onları ölkəmizdən çıxarmaq istəyirəm" Tramp dedi.

Cinayətkarların başqa ölkəyə göndərilməsinin cinayət nisbətlərini azaldacağını ifadə edən Tramp, “Bu insanların bəziləri qarşıdan gələn metro qatarlarına insanları itələmək, beysbol dəyənəyi ilə başlarına vurmaq, yaşlı qadınların üzünə yumruq atmaq kimi dəhşətli cinayətlərə qarışıb. 30, 35, hətta  42 dəfə həbs ediliblər. Lakin onlar azadlığa çıxanda yenidən cinayət törədirlər, sanki cinayət törətməkdə sərbəst olurlar".

Günel Məlikzadə


Избранный
8
news24.az

1Источники