RU

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 29-da “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

Избранный
2
14
azertag.az

10Источники