Lənkəranda 24 nəfərin xəsarət aldığı yol qəzasının videogörüntüsü yayılıb.
APA həmin görütünü təqdim edir:
***
16.23
Bu gün Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.
13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Fəridə
***
15:27
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 23 nəfər xəsarət alıb.
APA-nın cənub bürosunun xəbərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzada xəsarət alanların adları açıqlanıb:
Kərimova Akifə Aşur qızı (1965)
Ramazanzadə Xəqani Fizuli oğlu (1991)
Manafova Jalə Xankişi qızı (1989)
Cəfərova Günay Natiq qızı (1982)
Əliyeva Gülnar Şəmşir qızı (1985)
Qəmbərov Yusif İbrahim oğlu (1968)
Hüseynov Cəvahir Rövşən oğlu (2008)
Bayramova Ulduz Sədaqət qızı (1989)
Xudaverdiyev Səttar Ramin oğlu (2003)
Axundzadə Könül Xaliq qızı (2002)
Əlizadə Əlifağa Xudu oğlu (1995)
Allahverdiyeva Rüqǝyya Ramil qızı (2016)
Ağazadə Yusif Vüqar oğlu (2013)
Hüseynova Sevda Qurban qızı (1992)
Zəkiyeva Ülkər Maksud qızı (1994)
Məmmədova Aygün Şamil qızı (1963)
Xudaveridiyeva Nuridə (1979)
Əkbərov Çingiz Əşrəf oğlu (1984)
Əkbərzadə Maksum Şahid oğlu (2002)
Əliyeva Nuranə Rafiq qızı (1981)
Əhmədova Nazilə Cəfər qızı (1955)
Babayeva Arzu Azad qızı (1985)
Rüstəmov Hümmət Fizuli oğlu (1975)
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "VAZ" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "İsuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.
***
14.37
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.
Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
13.42
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.