Bakıda qadın qazdan boğulub. 1news.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini 64 yaşlı Rzayeva Sevda İdris qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.