Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard 990,9 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 84,6 %-i və yaxud 60 milyard 31,4 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,4 %-i və yaxud 10 milyard 959,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 502,5 milyon ABŞ dolları və yaxud 3,4 % azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 666,2 milyon ABŞ dolları və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatlarında isə 836,3 milyon ABŞ dolları və yaxud 7,1 % azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 3 milyard 308,2 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 961,7 milyon ABŞ dolları və yaxud 7,1 % artım, AMB-nin valyuta ehtiyatları isə milyard 653,5 milyon ABŞ dolları və yaxud 5,6 % azalma nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.01.2025 | 60 031,4 | 10 959,5 | 70 990,9 |
01.10.2024 | 61 697,6 | 11 795,8 | 73 493,4 |
01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
01.01.2024 | 56 069,7 | 11 613,0 | 67 682,7 |